...

Praqada Ermənistanın müharibə cinayətləri ilə bağlı sərgi-aksiya təşkil edilib (FOTO/VİDEO)

Siyasət Materials 17 Oktyabr 2022 16:16 (UTC +04:00)
Praqada Ermənistanın müharibə cinayətləri ilə bağlı sərgi-aksiya təşkil edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada II Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərinə həsr olunmuş sərgi-aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Böyük Karl körpüsü qarşısındakı Krizovniçka Namesti meydanında baş tutan sərgi-aksiya “Elson Grand” təşkilatının üzvü, Azərbaycan diasporu fəalı Fərid Əmirəliyevin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilib.

Sərgi-aksiyada Ermənistan silahlı qüvvələrinin iki il öncə Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğunu, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını əks etdirən fotomateriallar nümayiş etdirilib.

Fotomateriallar “Erməni silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına qarşı deyil, həm də Azərbaycanın mülki vətəndaşlarına qarşı misli görünməmiş qırğınlar törədib!”, “Gəncə şəhəri üçün dua et!”, “İnsanlıq haradadır?”, “O, sənin övladın ola bilərdi!”, “Bərdə üçün dua et!” və başqa şüarlarla təqdim olunub. Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın “Mən Gəncənin bombardman edilməsi əmrini verdim” etirafına diqqət cəlb edilib.

Aksiya ilə maraqlanan paytaxt sakinlərinə Ermənistanın müharibə cinayətləri barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti