...

Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 24 Noyabr 2022 15:40 (UTC +04:00)
Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gedib. Dövlətimizin başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb. Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan və Serbiya Respublikaları arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir.

Trend-in məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Eyyub Kərimli - "İqtisadi və Sosial Araşdırmalar" İB-nin sədri, Elşən Məcidov - siyasi şərhçi, Hikmət Babaoğlu - Milli Məclisin deputatı və Ceyhun Məmmədov - Milli Məclisin deputatı, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://youtu.be/MnP2MpYN_y8

Məqalədə:
Xəbər lenti

Xəbər lenti