Bakı. Trend:
Finlandiya gələcəkdə Türkiyəyə silah ixracına icazə verən lisenziya imzalayacaq.
Trend xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaykkönen Ankarada türkiyəli həmkarı Hulusi Akarla görüşündən sonra mətbuat konfransında bildirib.
“Biz gələcəkdə silah ixracı üçün lisenziya hazırlayacağıq, bu sahədə dialoq davam edir”, - Antti Kaykkönen bəyan edib.
Görüş zamanı nazirlər Finlandiya və İsveçin NATO-ya üzvlüyü perspektivlərini də müzakirə ediblər.