...

Ceyhun Bayramov Brüsseldə keçirilən iclasda çıxış edir (FOTO)

Siyasət Materials 12 Dekabr 2022 14:24 (UTC +04:00)
Ceyhun Bayramov Brüsseldə keçirilən iclasda çıxış edir (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclasında çıxış edir.

Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi "Twitter" hesabında paylaşım edilib.

Qeyd edək ki, Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir.

İclasa Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell sədrlik edir.

İştirakçılar “Şərq tərəfdaşlığı”nın regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə bundan sonra necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti