...

Ermənistan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinə daha praqmatik yanaşmalı idi - Paşinyan

Siyasət Materials 10 Yanvar 2023 13:45 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Qarabağla bağlı qəbul etdiyi qətnamələrə daha praqmatik yanaşmalı idi.

Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

“Dünən və bu gün beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır və biz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin sadəcə kağız üzərində yazılmış mətnlər olduğunu düşünəndə, bəlkə də biz praqmatik olmamışıq”, - o qeyd edib.

Eyni zamanda, Ermənistanın baş naziri bir daha vurğulayıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasında öz sülhməramlılarına beynəlxalq mandat verilməsi və ya beynəlxalq sülhməramlı missiyanın regiona göndərilməsi ilə bağlı müzakirələrə başlamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti