...

Estoniya Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir - XİN

Siyasət Materials 27 Yanvar 2023 19:54 (UTC +04:00)
Estoniya Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir - XİN

Bakı. Trend:

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm.

Trend -in məlumatına görə, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu özünün "Twitter" səhifəsində yazıb.

"Diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq hərəkəti qətiyyən yolverilməzdir. Ölənlərin ailəsinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram", - nazir yazıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti