...

İndiki Ermənistan ərazisində o zaman sadəcə olaraq altı min erməni yaşayırdı - Türkiyəli deputat

Siyasət Materials 4 Fevral 2023 17:26 (UTC +04:00)
İndiki Ermənistan ərazisində o zaman sadəcə olaraq altı min erməni yaşayırdı - Türkiyəli deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Türkmənçay" müqaviləsindən öncə bu torpaqlarda ölkələrin yerləşməsi fərqli idi. O zaman bu coğrafiyada azərbaycanlılar - türklər var idi, ancaq çox az sayda erməni vardı. İndiki Ermənistan ərazisində o zaman sadəcə olaraq altı min erməni yaşayırdı.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Yunus Kılıc bu gün jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, sonradan ermənilər dövlət qurdu və indi çox fərqli iddialar ortaya atırlar.

“Amma artıq Azərbaycan köhnə Azərbaycan deyil, Türkiyə köhnə Türkiyə deyil, qardaşlıq əvvəlkindən çox fərqlidir. Bu dönəmdə artıq kimlərəsə imkan vermək şansımız yoxdur”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti