...

Cırtdanın böyüklük səhvi: Brüssel ermənilərin son şansıdır

Siyasət Analytics 14 May 2023 12:51 (UTC +04:00)
Cırtdanın böyüklük səhvi: Brüssel ermənilərin son şansıdır
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Brüsseldə başlanacaq danışıqlarla aparılacaq müzakirələr faktiki olaraq Ermənistanla yanaşı, bütün dünya ermənilərinin son real şansıdır. İki yol var: onlar ya normallıq və adekvatlıq istiqamətində konkret addımlar atacaqlar, ya da Ermənistan böyük dövlətlərin marionetkasına çevriləcək. Marionetkaların taleyi isə - tarix göstərir - çox acı olur.

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Brüsseldə qeyri-rəsmi görüş keçirib.

Tərəflər regiondakı vəziyyəti müzakirə edib.

Paşinyan və Mişel Laçın yolundan, eləcə də İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi məsələsini müzakirə ediblər.

Həmçinin Kişinyovda beştərəfli formatda - Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emanuel Makronun iştirakı ilə görüşün keçirilməsinin vacibliyi qeyd edilib.

Şarl Mişel Brüsseldəki ilk təmasları bir qədər qeyri-rəsmi format müstəvisinə keçirməyə çalışıb və bu səbəbdən də Ermənistanın baş nazirini rəsmi protokola uyğun, diplomatik etiketin tələb etdiyi geyimdə yox, gündəlik ("casual") formada qarşılayıb.

Nikol Paşinyan administrasiyasına da ilk təmasın "qalstuksuz" formatda olacağı barədə məlumat iki gün əvvəl verilmişdi.

Amma Paşinyan həmişəki ampluasında olub və diplomatik qaydalarla etiketi necə anladığını bariz şəkildə göstərib.

Onun görkəmi İrəvandakı kafelərdən və ya çayxanalardan birində masadan qəflətən, məcburən kənarlaşdıralaraş görüşə aparılan insan təsiri bağışlayırdı.

Həmişəki kimi laübəli, zövqsüz, naqolay görünən Nikol Paşinyan Brüssel formatındakı növbəti görüşdə "iradəli xalq lideri, qətiyyətli və sərt mənafe müdafiəçisi, intellektual baş nazir və ermənilərin tələblərinin sərt elçisi" kimi görünməyə çalışacaq.

Brüssel danışıqları ərəfəsində Ermənistanın Azərbğaycanla şərti dövlət sərhədində silahlı təxribatlara əl atması, mövqelərimizi atəşə tutması və hətta zərbə PUA-larından istifadə etməsi əvvəlcədən müəyyənləşdirilmiş ssenarinin həyata keçirilməsi istiqamətində atılmış addımlar idi.

Ermənistan Müdafiə Nazirliyi rəsmən açıqlamasa da, məqsəd Basarkeçər rayonunda Azərbaycanla şərti dövlət sərhədi boyunca olan mövqeləri "rotasiya" adı ilə irəli çəkmək, yeni mövqelərin formalaşmasına nail olmaq və bu minvalla Azərbacanın Zod (Söyüdlü) yatağı üzərində nəzarətinin zəiflədilməsinə nail olmaq idi.

Nikol Paşinyanın müdafiə naziri Suren Papikyanın qarşısına qoyduğu əsas məqsəd isə Azərbaycanla şərti dövlət sərhədinin delimitasiyası ilə demarkasiyası prosesi başlanana qədər mümkün qədər irəliləmək, əraziləri ələ keçirmək və proses nəticəsində həmin ərazilərin Ermənistanın nəzarətində qalmasına nail olmaqdır.

Beləcə, rəsmi İrəvan əvvəlcə Brüsseldəki danışıqlarda, sonra isə, iyunun 1-də Kişinyovda Avropa İttifaqı sammiti çərçivəsində aparılacaq müzakirələrdə mövqelərini "gücləndirərək" Azərbaycan qarşısında yeni şərtlər qoymağa çalışır.

Bütün bunlar İrəvanın taktiiki hədəfləri və planlarıdır.

Nikeol Paşinyanın ən başlıca məşsədi isə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə önəmli mərhələlərdən birinə çevrilən Brüssel platformasını sabotaj etməkdir. Çünki Azərbaycan və Ermənistanın XİN başçılarının Vaşinqtonda, ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə keçirilmiş müzakirələrlə daışıqlardan sonra İrəvana kollektiv Qərbin təzyiqləri dəfələrlə artıb.

Qərb erməniləri yekun sülh müqaviləsini imzalamağa, "hami"lərinin göstərişi və əmrləri ilə prosesdə süni maneələrlə əngəllər yaratmaqdan çəkinməyə çağırır.

Daha doğrusu, Avropa İttifaqı və ABŞ Ermənistan rəhbərliyini adekvat davranaraq normal siyasət yürütməyə sövq etməyə çalışır.

Paşinyan isə özünü az qala "bütün dünya ermənilərinin nicatı" hesab etdiyindən manipulyasiyalar, yalan, şantaj və problemlər yaratmaq yolunu seçib. O, danışıqların növbəti mərhələsinin uğursuzluqla başa çatması üçün əlindən gələni edir, bütün vasitələrdən faydalanmağa çalışır, bununla belə "Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" və "sülh sazişini imzalayaraq regionda stabilliyin bərqərar olmasında niyyətliyik" kimi bəyanatlar verməklə real məqsədlərini pərdələməyə can atır.

Avropa İttifaqının müşahidə-monitorinq missiyasını Ermənistana dəvət etməklə Rusiya Federasiyası ilə siyasi alver üçün əlavə rıçaqlara yiyələndiyini düşünən N.Paşinyan eyni zamanda, Qərbin və Rusiyanın Ermənistana təzyiqlərini dezavuasiya etmək məqsədilə danışıqlar prosesinə vasitəçi qismində Fransanın da qoşulmasını, rəsmi Parisin aktiv iştirakını istəyir.

Bu minvalla o, eyni zamanda "üç cəbhəyə oynamaq" şansına yiyələnmək, üç tərəfin hamısından imtiyazlar və preferensiyalar əldə edərək hakimiyyətini möhkəmlətmək, həm də rəsmi Bakı ilə danışıqlarda təzyiq mexanizminə yiyələnmək arzusundadır.

Ölkəmizə qarşı hibrid dezinformasiya savaşı aparan Ermənistan rəhbərliyi nədənsə yeni, bu dəfə çox təhlükəli illüziyaya qapılaraq "güc və potensial sahibi" olduğunu düşünür.

Nikol Paşinyanın "sərt və qətiyyətli siyasətçi" maskası da bəhs etdiyimiz taktika çərçivəsində olan məsələdir.

Çox mənasız, nəticəsiz və ermənilər üçün dağa ağrılı günlər vəd edən bir məsələ.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti