Bakı. Trend:
Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş irəliyə doğru mühüm addımdır.
Trend xəbər verir ki, bunu mütəmadi brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
"ABŞ bu danışıqlarda iştirak etməyib. Amma Arlinqtonda apardığımız danışıqların davamı olaraq biz hələ də hesab edirik ki, bunlar irəliyə doğru mühüm addımlardır, çünki fikrimizcə, bu iki ölkə (Azərbaycan və Ermənistan - red.) arasında davamlı sülh mümkündür", - deyə V.Patel bildirib.