...

Heydər Əliyev Azərbaycanı tarixində unudulmaz şəxsiyyətdir - Olena Kondratiuk

Siyasət Materials 16 May 2023 13:47 (UTC +04:00)
Heydər Əliyev Azərbaycanı tarixində unudulmaz şəxsiyyətdir - Olena Kondratiuk
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Azərbaycanı tarixində unudulmaz şəxsiyyətdir. Heydər Əliyev Azərbaycanı çətin vəziyyətdən çxararaq dirçəldib, inkişaf edən bir ölkəyə çevirib.

Trend-in məlumatına görə, bunu Ukrayna Ali Radasının Sədr müavini Olena Kondratiuk Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Heydər Əliyev Ukraynanın dostu olub və Ukrayna ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədə olub. “Heydər Əliyev Ukraynanın ali mükafatına layiq görülüb. Ukraynada Heydər Əliyevin xatirəsi uca tutulur”, - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti