...

Azərbaycan ilə İtaliyanın Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 6 İyun 2023 19:43 (UTC +04:00)
Azərbaycan ilə İtaliyanın Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

İtaliya Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov iyunun 6-da bu ölkənin Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, vitse-admiral S.Bəkirov italiyalı həmkarına Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb, 8-ci “Seafuture 2023” Beynəlxalq Dəniz Müdafiəsi sərgisinə dəvətə görə minnətdarlığını bildirib.

Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti