...

Müharibə zamanı bəzi silahlardan istifadə hüququ tam olaraq Ermənistanın əlində deyildi - Paşinyan

Siyasət Materials 27 İyun 2023 12:05 (UTC +04:00)

Bakı. Trend:

Müharibə zamanı bir sıra silahların istifadə hüququ tam olaraq Ermənistanın əlində deyildi.

Trend xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib.

Baş nazir bu gün keçirilən iclasın qapalı hissəsində Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini vəd edib. Bu silahların Rusiya istehsalı olan “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala Paşinyan cavab verib ki, görüşün qapalı hissəsində detallara toxunacaq.

Xatırladaq ki, 2020-ci ilin noyabrında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan müharibənin son günlərində “İsgəndər-M” sistemlərindən istifadə olunduğunu bəyan etməsi ilə diqqət mərkəzinə düşmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti