...

Biz regionda davamlı sülh və razılığın əldə olunması üçün hər şey edirik - Zaxarovadan Paşinyana CAVAB

Siyasət Materials 2 Avqust 2023 14:08 (UTC +04:00)
Biz regionda davamlı sülh və razılığın əldə olunması üçün hər şey edirik - Zaxarovadan Paşinyana CAVAB
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində bütünlüklə maraqlı olub və bu belə də qalır.

Trend çərşənbə günü xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Bakı-İrəvan danışıqlar prosesində aktivliyinin azalması barədə bəyanatlarına dair suala cavab olaraq deyib.

"Biz regionda davamlı sülh və razılığın əldə olunması üçün hər şey edirik. Hansı aktivlik azalmasından söhbət gedə bilər ki, son bir neçə ay ərzində Rusiyanın iştirakı ilə ali və yüksək səviyyədə bir sıra təmaslar baş tutub. Gəlin, bunlardan üç ən mühüm olanını qeyd edək: mayın 25-də Moskvada üçtərəfli görüş, iyunun 2-də nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupun 12-ci iclası, mayın 19-da və iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar. Budur sürətin azalması? Həqiqətin gözünün içinə baxmaq lazımdır. Ermənistan rəhbərliyinin nümayəndələri bir sıra mühüm məsələlərlə bağlı ikibaşlı mövqe tuturlar", - o, deyib.

Qeyd edək ki, bundan əvvəl Paşinyan Rusiyanın Ermənistan-Azərbaycan danışıqlar prosesində aktivliyinin "Ukraynadakı hadisələrlə əlaqədar olaraq azaldığını", son zamanlarda Qərb platformalarında görüşlərin üstünlük təşkil etdiyini deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti