...

QAİ Fransa Xarici İşlər Nazirliyinin düşmən açıqlamasını qətiyyətlə rədd edir

Siyasət Materials 19 Sentyabr 2023 17:57 (UTC +04:00)
QAİ Fransa Xarici İşlər Nazirliyinin düşmən açıqlamasını qətiyyətlə rədd edir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin düşmən açıqlamasını qətiyyətlə rədd edir.

Trend-in məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Qeyd edilib ki, əslində Fransa xüsusilə bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi.

Bundan başqa, 30 il ərzində Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırmayan, hətta həmin sənədlərə istinad edilməsinə qarşı çıxan Fransanın son vaxtlar tez-tez qurumun təcili iclasını çağırmaq niyyətinə düşməsi siyasi klounluğun göstəricisidir.

Fransa məsələlərə Azərbaycanofobiya, islamofobiya və dini təəssübkeşlik prizmasından baxmaq kimi mənəviyyatsız əməllərindən utanc hissi keçirməli və riyakarlığa son qoymalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti