Bakı. Trend:
İran paytaxtı Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün (4 oktyabr) İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.
Trend-in məlumatına görə, görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.
Görüşdə həmçinin region məsələləri və beynəlxalq məsələlər müzakirə olunub.