...

2003-ci ildən bu yana hərbi xərclərin 15 dəfədən çox artırılması, ordumuzun dünyanın ən güclülər sırasında olmasını şərtləndirdi - Samir Nuriyev

Siyasət Materials 14 Oktyabr 2023 11:55 (UTC +04:00)
2003-ci ildən bu yana hərbi xərclərin 15 dəfədən çox artırılması,  ordumuzun dünyanın ən güclülər sırasında olmasını şərtləndirdi - Samir Nuriyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2003-ci ildən bu yana hərbi xərclərin 15 dəfədən çox artırılması, ordunun ən müasir texnika ilə təchizatı ilə bağlı məsələlərin həlli son nəticədə Azərbaycan ordusunu dünyanın ən güclü ordular sırasında olmasını şərtləndirdi.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfransda çıxışı zamanı deyib.

“Prezident İlham Əliyev hər zaman cəmiyyətin dövlətin maraqlarını əsas tutaraq hər kəsin rəğbətini qazanaraq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanıb”,- deyə S.Nuriyev əlavə edib.

Qeyd edək ki, 2023 cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə " Gülüstan" Sarayında "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti