Bakı. Trend:
Lokal antiterror tədbirləri nəticəsində Azərbaycan SQ, Ermənistan SQ-nə aid törtöküntüləri ərazilərimizdən təmizlədi, hərbi xuntanı ağ bayraq qaldırmağa məcbur etdi.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfransda çıxışı zamanı deyib.
“Xalqımıza qarşı cinayətlər törətmiş separatçılar Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı hərbi xuntanın başçıları ehtimal belə etmirdilər ki, gün gələcək Azərbaycan təkcə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada deyil, eləcə də Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə nəzarətini bərpa edəcək, xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar. 2023-cü il sentyabrın 20-də 24 saatdan az vaxt çəkən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin həmin ərazidəki bütün tör-töküntülərini, hərbi infrastrukturunu sıradan çıxartdı və hərbi xuntanı ağ bayraq qaldırmağa məcbur etdi. Bundan sonra separatçılara özünü buraxmaq barədə qərar qəbul etməkdən başqa çıxış yolu qalmadı”,- deyə S.Nuriyev bildirib.
Qeyd edək ki, 2023 cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə " Gülüstan" Sarayında "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilir.