Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirak edib.
Trend xəbər verir ki, bu barədə nazir "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edib.
"Azərbaycanın İsrail-Fələstin münaqişəsi zonasında baş verən son hadisələrdən və artan gərginliklə bağlı dərin narahatlığını vurğuladı. Təcili olaraq gərginliyin azaldılmasını və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edilib" - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.