...

Hikmət Hacıyev İran səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Siyasət Materials 28 Oktyabr 2023 22:36 (UTC +04:00)
Hikmət Hacıyev İran səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqları müzakirə edilib.

Həmçinin, görüşdə İsrail-Fələstin münaqişəsi, eləcə də bu xüsusda islam ölkələrinin rolu barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti