Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çin Xalq Respublikasına işgüzar səfəri davam edir.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyini ziyarət edib. Burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi dərin ehtiramla yad edilib.
Sonra müdafiə naziri Çinin müdafiə sənayesi kompleksinə daxil
olan bir neçə şirkət rəhbərləri ilə görüşüb.
Ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Bünyad Hüseynovun da iştirak etdiyi görüşlərdə birgə
əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə
edilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair
ətraflı fikir mübadiləsi aparılıb.