...

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verildi

Siyasət Materials 11 Noyabr 2023 14:56 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair qanunu imzalayıb.

Trend-in xəbərinə görə, bununla da “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanuna təklif olunan dəyişiklik təsdiqlənib.

Qanunla Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti