...

Rusiya Ermənistanı hədələdi – Bu bizə qarşıdır, nəticə amansız ola bilər

Siyasət Materials 21 Noyabr 2023 21:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanı hədələyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, "ABŞ Cənubi Qafqaz siyasətini Rusiya və İrana qarşı mübarizə kontekstində qurub", - deyən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu məsələdə Ermənistanın QƏrbin əlində əsas vasitəyə çevrildiyi ilə bağlı narahatlığını dilə gətirib.

Onun sözlərinə görə, Qərb bu siyasəti postsovet ölkələrinə, Rusiya ilə sıx bağlı olan dövlətlərə də tətbiq edir.

Səfir qeyd edib ki, bu yanaşma Qərbin əsl məqsədini göstərir. Diplomatın fikrincə, ABŞ SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyətdən istifadə edərək bu coğrafiyada öz üstünlüyünü təmin etməyə çalışır.

"Çoxdan elan edilmiş bu prinsiplər hələ də "gözəl ritorika" ilə saxlanılır. Bu ritorika getdikcə daha açıq şəkildə üzə çıxır. Bunu amerikalıların Cənubi Qafqazla bağlı birbaşa Rusiya və İrana qarşı mübarizə kontekstində öz siyasətlərini müəyyən edəndə görürük. Ukraynada baş verənlər çox qəddar dərsdir", - Rusiyanın Ermənistandakı səfiri bildirib.

Səfir vurğulayıb ki, Qərbin özünü Allahın yerinə qoymaq cəhdi son nəticədə Ukrayna və Rusiya xalqlarının indi yaşadıqları faciəyə gətirib çıxardı: "Bu, hamımıza çox ciddi dərs və xəbərdarlıq olmalıdır".

Kopırkinin adını çəkmədən Ukraynada baş verənlər kontekstində ABŞ-la yaxınlaşan Ermənistana xəbərdarlıq edib:

"Bu, bizə deyir ki, ölkələrin liderləri öz ölkələrinin milli maraqlarını qorumağa hazır olmalıdır".

Səfir rəsmi İrəvana Qərbin təcrübədən keçirdiyi addımlarının nəticələrinin amansız olduğunu xatırladıb.

Xəbər lenti

Xəbər lenti