...

Azərbaycan nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının üçüncü sessiyasında iştirak edir (FOTO)

Siyasət Materials 28 Noyabr 2023 18:39 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının üçüncü sessiyasında iştirak edir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə bildirilib ki, komitənin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən üçüncü sessiyasında iştirak edir.

Sessiya çərçivəsində dünya üzrə insanyönümlü “ağıllı” şəhərlərə dair tövsiyə xarakterli beynəlxalq təlimat sənədinin tərtib edilməsi və “UN-Habitat”ın 2026-2029-cu illəri əhatə edəcək strateji planının hazırlanması istiqamətində yol xəritələrinin icrası müzakirə edilir.

Xəbər lenti

Xəbər lenti