Bakı. Trend:
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək.
Trend-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət edəcəyik. “İlk dəfə olaraq 20 min seçici işğaldan azad edilmiş ərazilərdə səs verəcək və bu hadisə tarixə düşəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.