...

Növbədənkənar Prezident seçkiləri ilə bağlı 6 milyondan çox bildiriş çap olunacaq

Siyasət Materials 23 Dekabr 2023 16:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Səsvermənin yeri və vaxtı barədə seçicilər məlumatlandırılacaq. Bununla bağlı səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, sayı 6 milyon 524 min 203 bildiriş çap olunacaq. “İşğaldan azad edilmiş ərazilərdə bildirşlərə bir hissə əlavə etməliyik. Təbriklə bağlı bir bənd əlavə edə bilərik”, - deyə o, qeyd edib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti