...

Azərbaycanda prezident seçkiləri tam şəffaf keçirildi - Afif Demirkan

Siyasət Materials 8 Fevral 2024 11:42 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri tam şəffaf keçirildi - Afif Demirkan
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda növbədənkənar Prezident seçkiləri beynəlxalq müşahidəçilərin iştirakı ilə tamamilə şəffaf keçirilib.

Trend xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini, beynəlxalq müşahidəçi Afif Dəmirkan Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin iştirakı, o cümlədən səsvermə prosesinin şəffaflığı və aşkarlığı, seçkilərdən əvvəl qutuların yoxlanılması, bütün seçki məntəqələrinə baş çəkilməsi və KİV-in fəal iştirakı seçkilərin qanuni və ədalətli keçirildiyini təsdiqləyir. .

"Hər şey yaxşı başladı, biz seçki qutularının boş olmasına əmin olduq və hər şey qaydasında getdi. Yeddi seçki məntəqəsində olduq və gördük ki, bütün seçicilər sakit və pozitivdirlər", - o vurğulayıb.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti