...

İnsanların gözündə sevinc gördük - Beynəlxalq müşahidəçilər missiyasının rəhbəri

Siyasət Materials 8 Fevral 2024 14:14 (UTC +04:00)
İnsanların gözündə sevinc gördük - Beynəlxalq müşahidəçilər missiyasının rəhbəri
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Prezident seçkiləri günü seçki məntəqələrində bayram aurası hökm sürüb.

Trend xəbər verir ki, bunu MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçilər missiyasının rəhbəri Jakip Asanov Bakıda mətbuat konfransı zamanı deyib.

“MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçilər missiyası 2023-cü il dekabrın 16-dan Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı öz işinə başlayıb. Bu müddət ərzində biz Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanış olduq. Azərbaycan seçkiləri beynəlxalq standartlara uyğun şəkildə keçirdi”.

Jakip Asanov qeyd edib ki, ekspertlər və digər müşahidəçilər seçki qanunvericiliyinin beynəlxalq standartlara tam uyğun olduğu qənaətinə gəliblər.

“Seçki günü biz seçki məntəqələrində çoxlu sayda insanın olduğunu gördük, məntəqələrdə bayram aurası hökm sürürdü, insanlar bunun tarixi hadisə olduğunu - Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasından sonra keçirilən ilk seçki olduğunu gördük. "Ölkəmizin gələcəyinə səs verdiyini deyən yaşlı bir insanla görüşdük. İnsanların gözündə sevinc gördük, vətənpərvərlik hiss etdik. Mən həmkarlarım, altı ölkənin nümayəndələri adından təbrik etmək istəyirəm. Bu hadisə ilə əlaqədar Azərbaycan xalqına möhkəm sülh və firavanlıq arzulayır”, - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.

MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Əlavə edək ki, ötən gün - 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti