...

Azərbaycanda Prezident seçkiləri nizam-intizamı ilə seçildi - Aleksey Çepa

Siyasət Materials 8 Fevral 2024 16:39 (UTC +04:00)
Azərbaycanda Prezident seçkiləri nizam-intizamı ilə seçildi - Aleksey Çepa
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Prezident seçkiləri mütəşəkkilliyi və nizam-intizamı ilə seçildi.

Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa Bakıda mətbuat konfransı zamanı deyib.

"Həqiqətən də, bu seçkilər müxtəlif ölkələrdə və qitələrdə keçirilən bir çox seçkilərdən fərqli idi. Bu, hər şeydən əvvəl insanların özünün təşkilatçılığı, nizamı və əhval-ruhiyyəsində ciddi hiss edilirdi", - o vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.

MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Əlavə edək ki, ötən gün - 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti