...

Missiyamız seçki prosessinin yaxşı təşkil edildiyini müşahidə etdi - Osman Məstan

Siyasət Materials 8 Fevral 2024 12:32 (UTC +04:00)
Missiyamız seçki prosessinin yaxşı təşkil edildiyini müşahidə etdi - Osman Məstan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda seçkilər konsitutisiyaya uyğun aparıldı.

Trend xəbər verir ki, bunu Türk Parlamentləri Assambleyasının (TÜRKPA) Beynəlxalq Münasibətlər və hüquq komissiyasının sədri Osman Məstan Azərbaycanda keçirilən növnədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

“Hər bir namizədə bərabər şərait yaradıldı. Azərbaycanda ərazi bütövlüyünün, suverenliyin bərpasından sonra seçki keçirilməsi tarix hadisədir. Biz həmçinin o ərazilərdə Şuşada, Xankəndidə müşahidələr apardıq. Seçki prosessi çox şəffaf həyata keçirildi. Nəticələrlə bağlı xalq məlumatlandırıldı. Missiyamız seçki prosessinin yaxşı təşkil edildiyini müşahidə etdi. Burada beynəlxalq müşahidəçilər üçün hər bir şərait yaradıldı.

Bu seçki prosessinin beynəlxalq hüquqa, qanuna uyğun həyata keçirildiyini qərarınl verdik”,- deyə o bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti