...

Ədalətli, azad və şəffaf seçki prosesinin şahidi olduq - Banqladeşdən olan müşahidəçi

Siyasət Materials 8 Fevral 2024 19:48 (UTC +04:00)
Ədalətli, azad və şəffaf seçki prosesinin şahidi olduq - Banqladeşdən olan müşahidəçi
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda keçirilən Prezident seçkilərində seçici fəallığı çox yüksək olub ki, bu da vətəndaşların ölkənin siyasi həyatında fəal iştirakının mühüm göstəricisidir.

Bu barədə Trend-ə Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq müşahidəçi qismində gəlmiş Banqladeş Milli Assambleyasının (Parlament) deputatı Rana Mohammad Sohel deyib.

"Dünən biz Azərbaycanda seçki prosesini əvvəldən sona yaxından izlədik, bir çox seçki məntəqələrində olduq. Bu, ədalətli, azad və şəffaf proses idi və gözləntilərimizə tam cavab verdi", - deyə o, vurğulayıb.

Rana Mohammad Sohel seçkilərdə seçici fəallığının yüksək olduğunu, vətəndaşların seçki məntəqələrinə getdiyini və şən və bayram əhval-ruhiyyəsi nümayiş etdirərək heç bir müdaxilə olmadan sərbəst şəkildə səs verdiyini qeyd edib. O, həmçinin səslərin hesablanması prosesinin də çox şəffaf və metodik şəkildə aparıldığını, yerli müşahidəçilərin müəyyən edilmiş qayda və prosedurlara ciddi əməl etməklə yüksək səriştə nümayiş etdirdiyini qeyd edib. “Biz seçicilərin prosesdən razı qaldığını da müşahidə etdik ki, bu da onun şəffaflığını, azadlığını və ədalətliliyini vurğulayır”, o əlavə edib.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.

MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Əlavə edək ki, ötən gün - 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti