...

Azərbaycan seçicilərinin seçkilərdəki nikbinliyi bizi sevindirdi - Moldovalı deputat

Siyasət Materials 8 Fevral 2024 17:30 (UTC +04:00)
Azərbaycan seçicilərinin seçkilərdəki nikbinliyi bizi sevindirdi - Moldovalı deputat
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan seçicilərinin seçkilərdəki nikbinliyi bizi sevindirdi.

Bu barədə Trend-ə Prezident seçkilərində müşahidəçi qismində Azərbaycana gəlmiş Moldova parlamentinin üzvü Vitali Yakot deyib.

"Mən Xankəndi şəhərində seçicilərlə ünsiyyət qura bildim. Şuşada və Xankəndidə seçici fəallığı çox idi. Şuşada insan axını var idi. Seçkilərdən təəssüratlar müsbət idi. Seçkilərin nikbinliyi bizi çox sevindirdi. Şuşada doğulub, indi yenidən oraya qayıdan insanlarla söhbət etdim. Onların doğma şəhərindən, bu şəhərin abadlaşdırılması prosesində iştirakından danışanda necə sevincli olduqlarını görmək insanın özünü ruhlandırır, - deyə o vurğulayıb.

Deputat seçki komissiyası üzvlərinin müşahidəçilərə fəaliyyətlərində hər cür köməklik göstərməsini yüksək qiymətləndirib.

"Bizə seçki komissiyasının üzvlərinə yaxınlaşmağa icazə verdilər, onlarla söhbət etdim. Eyni zamanda seçki məntəqəsinə baxış keçirməyə icazə verdilər (səsvermə kabinəsi, seçki qutusu və s.). Seçki prosesi çox açıq şəkildə keçirilirdi və bu, bizdə xoş təəssürat yaratdı", - deyə Vitali Jacot əlavə etdi.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti