...

Azərbaycandakı seçki məntəqələrində bütün seçki qaydalarına riayət olunub - Qırğızıstan Mərkəzi Seçki Komissiyasının üzvü

Siyasət Materials 8 Fevral 2024 16:36 (UTC +04:00)
Azərbaycandakı seçki məntəqələrində bütün seçki qaydalarına riayət olunub - Qırğızıstan Mərkəzi Seçki Komissiyasının üzvü
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda seçki məntəqələrində bütün seçki qaydalarına əməl olunub.

Bu barədə Trend-ə Qırğızıstan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İsgəndər Qaipkulov bildirib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) müşahidə missiyası bir sıra seçki məntəqələrində olub.

"Vətəndaşlarla ünsiyyət zamanı məlum oldu ki, bir lider var - Prezident İlham Əliyev. Missiyamız seçkilərin çox uğurlu keçdiyini qiymətləndirdi", - Qaipkulov deyib.

O əlavə edib ki, heç bir qanun pozuntusu qeydə alınmayıb. “Biz namizəd partiyaların nümayəndələri ilə görüşəndə ​​onların da belə xahişləri olmayıb”, - deyə Qaipkulov bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti