...

Yaxın vaxtlarda Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilə bilər

Siyasət Materials 10 Fevral 2024 10:07 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın vaxtlarda Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilə bilər.

Trend xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

“Növbəti görüşün vaxtı ilə bağlı hələlik razılıq yoxdur, amma düşünürəm ki, biz bunu yaxın vaxtlarda təşkil edəcəyik”, - o qeyd edib.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası yanvarın 31-də keçirilib. Görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutub. Bu sayca 6-cı görüş olub.

Xəbər lenti

Xəbər lenti