...

MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edəcək

Siyasət Materials 11 Fevral 2024 15:57 (UTC +04:00)
MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinə yekun vuracaq.

Trend-in məlumatına görə, MSK-nın hazırda keçirilən iclasında prezident seçkilərinin nəticələri müzakirəyə çıxarılıb. Nəticələr Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd mübarizə aparıb. İlham Əliyev 92,12% (4577693) səslə seçkilərin qalibi olub.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti