...

MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edib

Siyasət Materials 11 Fevral 2024 20:07 (UTC +04:00)
MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin nəticələri barədə protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Trend-in məlumatına görə, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd mübarizə aparıb. İlham Əliyev 92,12% (4577693) səslə seçkilərin qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti