...

Növbədənkənar Prezident seçkilərinin qalibi elan edilən İlham Əliyev 3 gün ərzində and içəcək

Siyasət Materials 13 Fevral 2024 13:06 (UTC +04:00)
Növbədənkənar Prezident seçkilərinin qalibi elan edilən İlham Əliyev 3 gün ərzində and içəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Konstitusiya Məhkəməsi 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkilərinin nəticəsini təsdiq edib.

Trend-in xəbərinə görə, Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti