...

İsrail Prezidenti COP29-da iştirak edəcək

Siyasət Materials 27 May 2024 17:34 (UTC +04:00)
İsrail Prezidenti COP29-da iştirak edəcək
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Bakıda keçiriləcək COP29-da iştirak edəcək

Trend xəbər verir ki, bu barədə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq 28 May - Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd olunub.

"COP29-da iştirak etmək üçün dəvətə görə Sizə minnətdarlığımı bildirirəm. İqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli yollarının tapılmasına yönəlmiş bu mühüm beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşdığınız vaxtda Sizə uğurlar arzulayıram. Mən şəxsən bu ilin sonunda bu mühüm tədbirdə iştirakı səbirsizliklə gözləyirəm", - deyə məktubda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti