Bakı. Trend:
Proseslər göstərir ki, erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri. arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi etiraz aksiyaları öz çirkin niyyətinə çata bilmədi, etirazlar kütləvi xarakter almadı. Əminliklə demək olar ki, Ermənistanın Tavuş (Tovuzqala) rayonunda yerləşən 4 kəndin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı - azad edilərək Azərbaycana təhvil verilməsi prosesindən və Azəbraycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə başlanan etiraz aksiyaları iflasa uğradı.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, bu gün Baqrat Qalstanyanın rəhbərliyi ilə Ermənistanda baş verən aksiyalar Cənubi Qafqazda, Ermənistan-Azərbaycan münasibətlərində reallıqları başa düşməyən və ya qəbul etməyən bir dəstə insanın xaotik hərəkətləri kimi qiymətləndirmək olar.
“Ermənistandakı revanşist qüvvələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı olan addımlara mane törətməyə çalışırdılar”, - deyə o əlavə edib.
Daha geniş videomüsahibəni təqdim edirik: