...

Beynəlxalq turizm platformalarında erməni separatizmi davam edir (FOTO)

Siyasət Materials 6 İyun 2024 09:30 (UTC +04:00)
Beynəlxalq turizm platformalarında erməni separatizmi davam edir (FOTO)
Trend-in siyasət şöbəsi
Trend-in siyasət şöbəsi
Bütün xəbərlər

Bakı. Trend:

Uzun illər ərzində Qarabağ və Şərqi Zəngəzurun vaxtılə işğal olunmuş ərazilərinə separatçı rejimin, erməni diasporunun və Ermənistan dövlətinin dəstəyi ilə qanunsuz turizm fəaliyyəti təşkil edilib. Bu prosesə əsasən Ermənistan vətəndaşları və müxtəlif ölkələrin vətəndaşlığına malik olan xaricdə yaşayan erməni diaspor nümayəndələri cəlb edilsə də, xarici vətəndaşların o cümlədən ermənipərəst siyasətçilərin də gəlişi müşahidə olunub.


Ermənipərəst ABŞ Konqresmeni Frank Pallonun Xankəndiyə qanunsuz səfəri, 1 oktyabr 2019-cu il

II Qarabağ Müharibəsindən sonra separatçı rejim və dəstəkçiləri Qarabağ ərazilərinə qanunsuz səfərlərin təşkili davam etdirməyə cəhd göstərsələr də, bu kimi fəaliyyətlər artıq tarixə qovuşub.

Buna baxmayaraq, informasiya dövrünün diplomatiyasının “post-truth” (həqiqət sonrası) çağında ermənilərin rəqəmsal dünyada “Artsakh” mövhumunu yaşatmaq, virtual varlığını təmin etmək cəhdləri tükənmir.

Son illərdə aidiyyatı dövlət orqanları tərəfindən işğaldan azad edilən ərazilərdə separatçılar tərəfindən dəyişdirilən yaşayış məntəqələrinin adlarının elektron xəritələrdə əsli ilə dəyişdirilməsi və digər bu qəbildən olan addımlar atılıb. Turizm sahəsində də analoji fəaliyyətin aparılması istisna edilmir. Lakin hələ də bəzi tanınmış elektron platformalarda turizm məqsədi ilə Qarabağ ərazilərindəki restoran və yaşayış məntəqələri qeyd olunmağa, satışı aparılmağa davam edir.

Hazırda məşhur Airbnb platformasında Xankəndi və ətraf ərazilərdən turizm məqsədli yaşayış məntəqələri (mənzillər) tapmaq mümkündür və hazırda adıçəkilən platforma tərəfindən bu məkanların turistlər üçün satışı hələ də davam etdirilir.


Airbnb platfomasında satışı davam etdirilən mənzil


Airbnb platfomasında satışı davam etdirilən digər mənzil

Analoji vəziyyət dünyanın digər tanınmış onlayn səyahət platforması hesab edilən Tripadvisor-da da müşahidə edilməkədir. Saytda Qarabağdakı yaşayış məntəqələrinin vaxtıkən erməniləşdirilmiş adları ilə axtarış apararkən onlarla müxtəlif iaşə obyektləri və məkanlar üzə çıxır.


Tripadvisor platformasında hazırda fəaliyyətini davam etdirdiyi qeyd olunan restoran


Tripadvisor platformasında Qarabağ ərazilərində turistlər üçün nümayiş etdirilən qrup turu


Tripadvisor platformasında nümayişi davam etdirilən hotellərdən biri

Həm Airbnb həm də Tripadvisor kimi beynəlxalq səyahət platformalarında Qarabağda işğal dövründə qanunsuz fəaliyyət göstərmiş turizm obyektlərinin və restoranların bugünədək mövcudluğunu qoruyub saxlaması, həmçinin turistlər üçün satışının təklif edilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn addım kimi xarakterizə edilə bilər. Qeyd etmək lazımdır ki, adı çəkilən turizm və səyahət platformaları lokal və ya erməni mənşəli deyil, əksinə bu sektorda dünyada tanınan xarici saytlardır. Bu tip platformalarda ermənilər tərəfindən qanunsuz turizm fəaliyyətinin nümayiş etdirilməsi ilə paralel tarixi abidələr və mədəni irs nümunələri haqda saxta məlumatlar da qeyd edilir.

Xəbər lenti

Xəbər lenti