...

Növbəti erməni separatizmi: TripAdvisor və AirBnb hərəkətə keçəcəkmi?

Siyasət Materials 14 İyun 2024 15:50 (UTC +04:00)
Növbəti erməni separatizmi: TripAdvisor və AirBnb hərəkətə keçəcəkmi?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün öncə bəzi beynəlxalq səyahət platformalarında erməni separatizminin hələ də davam etməsi ilə bağlı məlumatları paylaşmışdıq. Belə ki, məşhur AirBnbTripadvisor kimi tanınmış səyahət platformalarında axtarış apararkən Qarabağdakı yaşayış məntəqələrinin vaxtikən erməniləşdirilmiş adları üzə çıxır və həmin ərazilərdə yerləşən onlarla müxtəlif iaşə obyektləri və məkanlarda satışın davam etdiyi görünür.

Məsələ ilə bağlı AirbnbTripadvisor turizm platformalarına müraciət etsək də, bugünədək adıçəkilən tərəflər məsələyə münasibət bildirməkdən boyun qaçırır.

Otuz ilə yaxın müddətdə ermənilər əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxlayarkən ərazilərimizdən öz məqsədləri üçün istifadə etməkdə davam ediblər. Onlar torpaqlarımızdan turizm məqsədiylə də istifadə ediblər. Məqsəd də Qarabağdakı turizmə diqqəti artırmaq, dünyanı özlərinə cəlb etmək olub. Onlar beynəlxalq turizm platformalarında işğal etdikləri ərazilərimizi dünyaya öz torpaqları kimi qələmə verməyə çalışıblar. Əsas məqsədləri də həmin ərazilərə gələn insanları yanlış məlumatlandıraraq, bu əraziləri tarixi erməni torpaqları kimi təqdim etmək olub.

Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra dünya həmin ərazilərin əsl sahibinin Azərbaycan olduğunu gördü. Lakin Airbnb həm də Tripadvisor kimi beynəlxalq səyahət platformalarında Qarabağda işğal dövründə qanunsuz fəaliyyət göstərmiş turizm obyektlərinin və restoranların bugünədək mövcudluğunu qoruyub saxlaması, həmçinin turistlər üçün satışının təklif edilməsi yolverilməzdir. Ermənistan öz məkrli siyasətindən əl çəkmir.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının baş katibi Tural Musayev bildirib ki, bu elanların verilməsi dələduzluqdur.

"Belə elanları yerləşdirilməsinin qarşısını almaq üçün IP ünvanlarına baxmaq lazımdır ki, onlar hara bağlıdır. Həmin IP adreslərini bloklamaq mümkündür. Amma ermənilər belə elanları dünya səviyyəli Airbnb, Tripadvisor kimi saytlarda yerləşdirirlərsə, kütləvi şikayət edib sildirmək olar. Ümumiyyətlə, həmin elan saytlarının administrasiyası ilk öncə araşdırma aparır və edilən şikayət düzdürsə, özləri problemi aradan qaldırır", - o deyib.

Ekspert Rəhman Quliyev isə qeyd edib ki, 30 ilə yaxın müddətdə ermənilər əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxlayarkən ərazilərimizdən öz məqsədləri üçün istifadə etməkdə davam ediblər.

"Onlar torpaqlarımızdan turizm məqəsədilə də istifadə ediblər. Məqsəd də Qarabağdakı turizmə diqqəti artırmaq, dünyanı özlərinə cəlb etmək olub. Onlar beynəlxalq turizm platformalarında işğal etdikləri ərazilərimizi dünyaya öz torpaqları kimi qələmə verməyə çalışıblar. Əsas məqsədləri də həmin ərazilərə gələn insanları yanlış məlumatlandıraraq bu əraziləri tarixi erməni torpaqları kimi təqdim etmək olub. Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra dünya həmin ərazilərin əsl sahibinin Azərbaycan olduğunu gördü. Lakin Airbnb həm də Tripadvisor kimi beynəlxalq səyahət platformalarında Qarabağda işğal dövründə qanunsuz fəaliyyət göstərmiş turizm obyektlərinin və restoranların bugünədək mövcudluğunu qoruyub saxlaması, həmçinin turistlər üçün satışının təklif edilməsi yolverilməzdir. Ermənistan öz məkrli siyasətindən əl çəkmir. 30 ilə yaxın erməni işğalı altında qalmış ərazilərimizdə turizm infrastrukturu da məhv edildi.

Qarabağın böyük turizm potensialı var. Erməni işğalına qədər həmin ərazilərdə il ərzində 80 minə yaxın, 100 minə yaxın turist qəbul etmək olurdu. Halbuki həmin dövrdə biz heç bir turizm bazarına çıxa bilmirdik. Buna baxmayaraq, yenə də o infrastruktur bizim orada yaşayan əhalimizə xidmət edirdi. Qarabağda ermənilərin tək Azərbaycan turizminə vurduğu ziyan 100 milyard dollarlarla ölçülür.

Ermənilər torpaqlarımızı işğal etdikdən sonra Qarabağa turist gətirməkləri və zamanında müxtəlif platformalarda yerləşdirilmiş elanlar bu gün Airbnb, Tripadvisor kimi platformalarda qalır. Torpaqlarımız işğaldan azad edilsə də, bu elanların ermənilər tərəfindən yerləşdirilməsi onların həmişəki xislətindən xəbər verir. Onlar artıq yalana öyrəniblər. Yəni bu gün ermənilərin beynəlxalq turizm platformalarına Xankəndi və ətraf ərazilərdən turizm məqsədli yaşayış məntəqələri (mənzillər) tapmaq mümkündür kimi elanlar yerləşdirməsinin heç bir əhəmiyyəti yoxdur. Buna baxmayaraq təkid edərək belə elanların platformalardan çıxarılmasına nail olmalıyıq", - deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti