...

Məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasını ali məktəb auditoriyalarına danışmaqdır - İcma sədri

Siyasət Materials 17 Mart 2025 16:55 (UTC +04:00)
Məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasını ali məktəb auditoriyalarına danışmaqdır - İcma sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Qərbi Azərbaycana qayıdışla bağlı öz fəaliyyətini davam etdirir. Bizim məqsədimiz bu ideyanı artıq ali məktəblərin auditoriyalarına daşımaqdır. Qərbi Azərbaycan İcmasının Gənclər Şurası bu istiqamətdə səmərəli fəaliyyət göstərir. Burada bizim əsas məqsədimiz ondan ibarətdir ki, Qərbi Azərbaycana qayıdış ideyası gənclərimiz arasında lazımi dərəcədə təbliğ olunsun.

Trend xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ADA Universitetində keçirilən "Qərbi Azərbaycan mövzusu 100 ildə" mövzusunda dəyirmi masada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu ideyanın gələcək uğuru xeyli dərəcədə bu ideyanın gənclərə nə səviyyədə aşılanmasından asılıdır.

“Çünki gələcəkdə indiki nəsildən sonraki nəsil bu ideyanı gələcəyə daşımalıdır, bu ideyanın həyata keçirilməsi təmin etməlidir.

Qərbi Azərbaycan İcması ilk gündən ata-baba torpaqlarımıza qayıdış uğrunda dinc yolla, ləyəqətli və təhlükəsiz şəkildə qayıtmaq uğrunda mübarizə aparır. Bununla bağlı Ermənistan rəhbərliyinə, beynəlxalq təşkilatlara dəfələrlə müraciət eləmişik və tələbimiz odur ki, Qərbi Azərbaycan qaçqınlarının bu təməl hüquqları təmin olunmalıdır. Hər bir insanın öz doğulub boya başa çatdığı ata-baba yurdunda yaşamaq, həmin torpaqlara sərbəst şəkildə gedib gəlmək hüququ var. Bizim Ermənistan rəhbərliyinə müraciət etməyimiz dinc məramımızı bir daha nümayiş etdirir. Çox təəssüf ki, bu günədək Ermənistan rəhbərliyi hələ də bizim tələblərimizə cavab verməyib. Beynəlxalq təşkilatlar müəyyən qədər, bəziləri cavab versə də, real hərəkət yoxdur", - o əlavə edib.

Onun sözlərinə görə, insanlarımızın ata-baba yurdlarına qaydışının təminatı yoxdur.

"İcma Qərbi Azərbaycan qaçqınlarının mübarizəsini bundan sonra da davam elətdirəcək. Bu ideya artıq bütünlükdə Azərbaycan xalqının, dünya azərbaycanlarının ümummilli ideyasıdır.

Qəti mövqeyimiz budur ki, bu məsələ reallaşmalıdır. İnsanlarımız sonuncu nəfərinədək və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın son qarışına dinc yolla qayıdana qədər Qərbi Azərbaycan İcması bu fəaliyyətini davam elətdirəcək”, - deyə Ə.Ələkbərli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti