...

Sabah partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmələri üçün müddət başa çatır

Siyasət Materials 30 Mart 2025 17:20 (UTC +04:00)
Sabah partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmələri üçün müddət başa çatır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Martın 31-i siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır.

Trend xəbər verir ki, siyasi partiyalar hər il aprelin 1-dən gec olmayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə MSK-ya təqdim etməlidir.

MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Məlumat üçün bildirək ki, MSK sədri Məzahir Pənahov qurumun martin 18-də keçirilən iclasında məsələni xatırladaraq (http://az.trend.az/azerbaijan/society/4020341.html) lazımi addımların atılmalı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınan 26 partiya mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti