...

Azərbaycan-BƏT əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 14 Aprel 2025 19:43 (UTC +04:00)
Azərbaycan-BƏT əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Baş nazir Əli Əsədov aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Unqbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin əsas prioriteti olduğu vurğulanıb. Ötən dövr ərzində həyata keçirilən dörd sosial islahat paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlərin əldə edildiyi diqqətə çatdırılıb. Cari ilin yanvar ayından tətbiqinə başlanılan beşinci sosial islahat paketinin 3 milyon insanı əhatə etdiyi bildirilib.

Azərbaycanda əmək məhsuldarlığının yüksəldilməsi, əmək hüquqları sisteminin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində aparılan ardıcıl islahatlar barədə bəhs olunub.

Görüşdə Azərbaycan-BƏT tərəfdaşlığının gündəliyində duran məsələlər nəzərdən keçirildi, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti