...

"SOLÇU" PARTİYALAR BLOKUNUN SİMVOLLARI "QIRMIZI" RƏNG VƏ "ORAQ-ÇƏKİC" OLACAQDIR

Siyasət Materials 25 İyun 2005 14:36 (UTC +04:00)

"Solçu" partiyaların yaxın günlərdə yaradacaqları blokun simvolları "qırmızı" rəng və "oraq-çəkic"dən ibarət olacaqdır. Bu haqda Azərbaycan Kommunist Partiyası(AKP) sədrinin I müavini, millət vəkili Rauf Qurbanov Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, hazırda ölkədəki "sol" təmayüllü partiyaların qarşıdakı parlament seçkisində vahid blok halında iştirak etməsi ilə bağlı danışıqlar davam etdirilməkdədir.

" Başladığımız müzakirələr hələlik yekunlaşmamışdır. Hesab edirəm ki, qarşıdakı iki həftə ərzində siyasi partiyalarla aparılan bu müzakirələri yekunlaşdıra biləcəyik. Yalnız bundan sonra blokda neçə partiyanın təmsil olunacağı haqda konkret fikir söyləmək mümkün olacaqdır. Hələlik isə yalnız bəlli olan odur ki, blokda neçə partiyanın təmsil olunmasından asılı olmayaraq simvollar dəyişdirilməyəcəkdir",-deyə Rauf Qurbanov vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti