...

ANDREAS QROSS VƏ ANDRES HERKELİN MƏRUZƏLƏRİ AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ (AŞPA) MONİTORİNQ KOMİTƏSİNDƏ DİNLƏNİLƏCEK

Siyasət Materials 5 Sentyabr 2005 18:18 (UTC +04:00)

Sentyabrın 6-da Azərbaycanın Milli Məclisinin bir qrup deputatı AŞPA-nın Monitorinq komitəsinin iclasında iştirak etmək üçün yola düşəcək. Bu barədə Trend ə Milli Məclisdən məlumat verilib.

Missiyaya deputatlardan Bəxtiyar Əliyev, Nairə Şaxtaxtinskaya və Asim Mollazadə daxildir. Sentyabrın 7-8-də keçiriləcək tədbirdə həmməruzəçilər Andreas Qross və Andres Herkelin səfərləri barədə və araşdırılan faktlarla bağlı məruzələri dinləniləcək, Ukraynanın öz öhdəliklərinin yerinə yetirməsi, Moldovada demokratik institutların fəaliyyəti və s. barədə fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 9-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti