...

AZƏRBAYCAN PREZİDENTİ ALMANİYANIN "MARŞALL"FONDUNUN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

Siyasət Materials 22 Sentyabr 2005 19:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-də Almaniyanın "Marşall" fondunun nümayəndə heyətini qəbul edib. Trend bildirir ki, keçirilən danışıqlarda Azərbaycanın dövlət başçısı fondun nümayəndələri ilə bir neçə görüş keçirdiyini, həmin görüşlərdə regional və beynəlxalq əhəmiyyətli məsələləri müzakirə etdiyini qeyd edib.

İ. Əliyev ümid etdiyini bildirib ki, Almaniyanın fondun tərkibinə daxil olan KİV nümayəndələri Azərbaycandakı inkişafla bilavasitə tanış ola bilər, belə ki, "yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır".

"Əgər siz respublikada cərəyan edən proseslər, islahatlar və regional inkişaf barədə bilavasitə təsəvvür əldə edə bilsəniz, onda hadisələrin əhəmiyyəti barədə fikir söyləmək sizə daha asan olar.Mən hesab edirəm ki, bu səfər fikir mübadiləsi üçün çox gözəl imkandır"-deyə Azərbaycan prezidenti qeyd edib.

Öz növbəsində nümayəndə heyəti adından çıxış edən fondun Ankaradakı ofisinin direktoru Suat Kiniklioğlu qeyd edib ki, nümayəndə heyətinin Bakıya göndərilməsi qərarı qarşıdakı parlament seçkiləri ilə bağlı olaraq qəbul edilib. "Biz qrupa Avropa və Amerika KİV nümayəndələrini daxil etmişik ki, onlar Azərbaycandakı vəziyyəti öyrənib mövzunu qərb mətbuatında düzgün işıqlandırsın"-deyə S. Kiniklioğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti