(BNS) Estoniya parlamentinin 15 deputatı Azərbaycanda noyabrın 6-da keçiriləcək seçkilərin gedişini müşahidə etmək istəyini bildirib. Trend bildirir ki, Azərbaycanda seçkilərin keçirilməsi ilə əlaqəli olan qeyri-kommersiya birliyinin dəvəti ilə bu ölkəyə Sentrist partiyasından Helle Kalda, Arnold Kimber, Vladimir Velman, Mixail Stalnuxin, Respublika partiyasından Yuhan Parts, İndrek Raudne, Urmas Reynsalu, Reet Roos, Sven Sester, İmre Sooyaer, Ayvar Oun, islahatçı partiyasından Meelis Atonen, Helmer Yoqi, Tatyana Muravyova və Harri Ounapuugəlməyə hazırlaşır. (Helle Kalda, Arnold Kimber, Iladimir Ielman, Juhan Parts, Indrek Raudne,Urmas Reinsalu, Reet Roos, Sven Sester, Imre Sooaar, Aivar Oun, Meelis Atonen, Helmer Jogi, Harri Ounapuu).
Azərbaycan tərəfi müşahidəçi olaraq Estoniya parlamentinin spikeri Ene Erqmanı da dəvət edib, amma o, gərgin iş qrafiki ilə bağlı olaraq dəvətdən imtina edib.