...

Seçkini izləyəcək 118 nəfər beynəlxalq KİV nümayəndəsi, 305 xarici müşahidəçi qeydiyyatdan keçib

Siyasət Materials 24 Oktyabr 2005 17:24 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün qeydiyyatdan keçən beynəlxalq kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin və xarici müşahidəçilərinin sayı artıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib.

Seçkini izləmək üçün akreditasiyadan keçən beynəlxalq KİV nümayəndələrinin oktyabrın 24-dək sayı 118 nəfərdir.

Seçkini izhləmək üçün BBC teleradio kampaniyasından (Moskva nümayəndəliyi) - 5 nəfər, "CBS News" Amerika telekampaniyasından - 6, "ARD" Almaniya televiziyasından 19, "Əl-Cəzirə" kanalından 5, "CBC" Kanada Dövlət Televiziyasından 3, "TBS" yapon teleradiokampaniyasından 4, Eurovisiondan (Moskva bürosu) 5, "Dubay" televiziyasından 1, TRT kanalından (Bakı nümayəndəliyi) 6, "Kanal 5"dən (Ukrayna) 2, Birinci kanaldan (Rusiya) 11, Ümumrusiya dövlət televiziya və radioyayım kompaniyasından 7, "Xabar" televiziyasından (Qazaxıstan) 1, Gürcüstan İctimai televiziyasından 2, "RFİ" Beynəlxalq fransız radiosundan 1, "Reuters" Agentliyindən 18, Anadolu Ajansından (Türkiyə) 1, "İhlas" Haber Ajansından (Türkiyə) 4, "İTAR-TASS" Agentliyindən 5, "GPD" Niderland Mətbuat Assosiasiyasından 1, "New York Times" qəzetindən (ABŞ) 5, "The Daily Telegraph" qəzetindən (Böyük Britaniya) 1, "El-Pais" qəzetindən (İspaniya) 1, "DIE WELT" qəzetindən (Almaniya) 1, "NRC Handelsblad" qəzetindən (Hollandiya) 1, "Azerros" qəzetindən 2 nəfər nümayəndə qeydyyatdan keçib.

Seçkini izləmək üçün qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı isə 305 nəfərdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 47 nəfər, Müstəqil Dövlətlər Birliyinin (MBD" 152, MDB Parlament Assambleyasının 3, Estoniya Parlamentinin 15, Polşa səfirliyinin 4, Seçki Sistemləri Üzrə Beynəlxalq Fondun (IFES) 2, Avrasiya Fondunun 1, Ukrayna Mərkəzi Seçki Komissiyasının 3, Gürcüstan Mərkəzi Seçki Komissiyasının 3, Latviya Mərkəzi Seçki Komissiyasının 3, Beynəlxalq Böhran Qrupunun 3, Bolqarıstanın "CİFDE" - Qeyri hökumət təşkilatının 25, Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin 25, Maqdeburq Universitetinin (Almaniya) 6 nəfər, Latviyanın 11, Estoniyanın 2 nəfər nümayəndəsi seçkini müşahidə edəcək.

Xəbər lenti

Xəbər lenti