...

Vladimir Ruşaylo: Azərbaycanda parlament seçkiləri yerli qanunvericilyə və demokratik normalara uyğun keçirilib

Siyasət Materials 7 Noyabr 2005 15:35 (UTC +04:00)
Vladimir Ruşaylo: Azərbaycanda parlament seçkiləri yerli qanunvericilyə və demokratik normalara uyğun keçirilib

MDB-nin müşahidə missiyası noyabrın 6-da Azərbaycan Milli Məclisinə seçkiləri yerli qanunvericiliyə və demokratik normalarına uyğun keçirildiyi qənaətindədir. Trend in xəbər verdiyi kimi, belə bəyanatla noyabrın 7-də Bakıda parlament seçkilərinin monitorinqinin yekunlarına həsr olunmuş mətbuat konfransında MDB-nin müşahidə missiyasının rəhbəri Vladimir Ruşaylo çıxış edib.

"Müşahidəçilər bu seçkilərin ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və demokratiyanın möhkəmlənməsi üçün təsirli amil olacağına ümid edirlər", - deyə o bildirib. Onun sözlərinə görə, seçki prosesi zamanı və səsvermə günündə ayrı-ayrı texniki pozuntular qeydə alınsa da, onlar kütləvi xarakter daşımayıb və seçkinin nəticələrinə təsir etməyiblər. "MDB müşahidəçiləri seçki məntəqələrinin 60%-dən çoxunda olublar və səsvermə zamanı yol verilən bütün çatışmazlıqları və nöqsanları rəsmi olaraq qeydə alıblar. 1800 seçki məntəqəsində bu müşahidəçilər digər müşahidəçilərlə birgə işləyiblər", - deyə V.Ruşaylo əlavə edib.

"Biz ayrı-ayrı texniki çatışmazlıqları aşkar etmişik. Bəzi seçki məntəqələrində seçicilərin siyahıları lazım olduğu yerdə deyildi. Bununla belə, ölkə hökuməti tərəfindən vətəndaşların seçki hüquqları tam təmin olunub", - deyə o qeyd edib.

MDB müşahidəçilərinin rəhbəri onu da bildirib ki, "Seçki Məcəlləsinin təkmilləşdirilməsi zəruriliyi hələ də qalmaqdadır". Biz seçki məntəqələrinin nümayəndələrinə bu və ya digər səbəbdən adları siyahıda olmayan vətəndaşları seçici siyahılarına daxil etmək hüququnun verilməsini tövsiyyə edərdik. "Əgər seçici onun həmin dairənin daxil olduğu ərazidə yaşadığını sübut edən sənəd təqdim etsə, ona dərhal səsvermə hüququ verilməlidir", - deyə V.Ruşaylo əlavə edib.

O, həmçinin, vurğulayıb ki, Azərbaycan hökuməti monitorinq prosesinin keçirilməsi üçün lazımi şərait yaratmışdı. "MDB müşahidəçilərinin fikrincə, Azərbaycanın Seçki Məcəlləsi əsasında şəffaf və demokratik seçkilər keçirməyin mümkün olduğu sənəddir", - deyə missiya rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti