...

MSK bundan sonra şikayətlərə adi qaydada baxacaq

Siyasət Materials 29 Noyabr 2005 12:24 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan şikayətlərin araşdırılması və iclaslarda müzakirəyə çıxarılması başa çatıb. Bu barədə Trend ə MSK-nın katibi Natiq Məmmədov məlumat verib. O, bildirib ki, bundan sonra MSK-da şikayətlərə yalnız adi qaydada baxıla bilər. N.Məmmədovun sözlərinə görə, bundan sonra MSK-da yalnız qanunla nəzərdə tutulmuş vaxta qədər daxil olmuş və dairə seçki komissiyalarına göndərilmiş şikayətlərə baxıla bilər. MSK katibi qeyd edib ki, dairə seçki komissiyalarından şikayətlərin araşdırılması ilə bağlı cavablar daxil olur. Buna görə də MSK-nın iclaslarının keçirilməsi mümkündür. Lakin MSK şikayətlərə artıq adi qaydada baxacaq.

Natiq Məmmədov onu da deyib ki, 6 noyabr parlament seçkilərinin yekunları ilə bağlı Konstitusiya Məhkəməsi yekun protokolların araşdırmasını davam etdirir. Lakin hələ ki, araşdırmaların başa çatması barədə MSK-ya məlumat verilməyib. N.Məmmədov qeyd edib ki, Konstitusiya Məhkəməsi işini yekunlaşdıran kimi MSK üzvlərini iclasa çağıracaq.

Xəbər lenti

Xəbər lenti